Paytaxt klubunda yeni müqavilə olacaq

11:04 - 27 Noyabr 2022

"Çelsi"nin yarımmüdafiəçisi Meyson Maunt klubu ilə yeni şərtlərlə müqavilə imzalaya bilər.

Sportal.az "Daily Mail"a istinadən xəbər verir ki, futbolçunun agenti ilə klub rəsmiləri arasında danışıqlara start verilib.

Yeni müqaviləyə əsasən Mount “Çelsi”də həftəlik 200 min funt-sterlinq maaş qazanacaq. 

23 yaşlı yarımmüdafiəçi 2017-ci ildən “Çelsi”nin əsas komandasında çıxış edir. O, “Vitess” və “Derbi”də də icarə əsasında oynayıb.

 

Xəbər xətti