Argentina yığmasının baş məşqçisi Lionel Skaloni DÇ-2022-nin ikinci turunda Meksika üzərində qazanılan qələbəni şərh edib.
Sportal.az "Clarin"ə istinadən xəbər verir ki, millinin çalışdırıcısı görüş haqda belə danışıb:
"Sevinc hissi oyun bitəndən sonra başa çatır, vəssalam. Artıq növbəti oyuna hazırlaşmalıyıq. Sevinc çox uzun sürmür. Qələbə və məğlubiyyət zamanı da balans olmalıdır. Hələ heç nə etməmişik. Oyunun çox çətin keçəcəyini bilirdik. On nömrə futbolçumuz oyunun taleyini həll etdi. Hər zaman etdiyi məsələdir. Messi dünya çempionatından həzz almalıdır. Hətta meksikalı azarkeşlər də Messini bəyənir".
saytlarin hazirlanmasi
