"Barselona"nın skautları Niderland millisinin və PSV-nin forvardı Kodi Qakpo transfer etmək istəyir.
Sportal.az "El Nacional" portalına istinadən xəbər verir ki, hücumçu DÇ-2022-də uğurlu performans nümayiş etidərərsə, "Barselona" onu qışda heyətinə qatmaq üçün lazım olan transfer məbləğini PSV-yə ödəyəcək.
"Mançester Yunayted"in də transfer siyahısında yer alan 23 yaşlı hücumçunun transfer məbləği 50 milyon avrodur.
PSV-nin yetirməsi olan Kodi 2018-ci ildən əsas komandada oynayır.
