Bundesliqa klubu alman hücumçu ilə yollarını ayırır

19:44 - 28 Noyabr 2022

Almaniyanın "Volfsburq" klubu Maks Kruze ilə yollarını ayıracaq.

 

Sportal.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat verib. 34 yaşlı alman hücumçunun 2023-cü ilin yayında bitməli olan müqaviləsinə yanvar ayında xitam veriləcək. Tərəflər arasında razılıq əldə olunub.

 

Qeyd edək ki, Maks Kruze "Volfsburq"a bu ilin əvvəlində "Yunion Berlin"dən transfer olunub. Almaniya millisinin keçmiş üzvü cari mövsümdə komandanın heyətində 5 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti