Portuqaliya millisinin üzvü bunu bacaran üçüncü futbolçu oldu

10:17 - 29 Noyabr 2022

Portuqaliya millisinin müdafiəçisi Pepe dünya çempionatları tarixində yeni göstərici ilə yadda qalıb.

Sportal.az "A Bola"ya istinadən xəbər verir ki, təcrübəli futbolçu bunu DÇ-2022-nin qrup mərhələsinin Uruqvayla görüşündə meydana çıxaraq nail olub. 

O, ən yaşlı oyunçular siyahısında üçüncü pilləyə yüksəlib. Belə ki, Pepe 39 yaş 275 günündə Uruqvaya qarşı oynamış olub.

Bu siyahıya kamerunlu Roje Milla (42 yaş 39 gün) başçılıq edir. Portuqaliyalı isə Kanada millisinin kapitanı Atiba Hatçinsondan (39 yaş, 292 gün) geri qalır.

Xəbər xətti