ABŞ-dan olan futbolçu "Çelsi"də qalmaq istəyir

10:30 - 29 Noyabr 2022

ABŞ millisinin üzvü Kristian Pulişiç “Çelsi”də qalmaq istəyir.

Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, yarımmüdafiəçi qış “transfer pəncərəsi”ndə komandanı tərk etməyəcək.

Qətərdəki dünya çempionatından sonra Pulişiçə böyük və maraqlı təklif gəlsə, danışıqlar başlaya bilər. 

Xatırladaq ki, Pulusiçin şərəfini qoruduğu ABŞ millisi bu gün dünya çempionatının üçüncü turu çərçivəsində İran yığmasına qarşı oynayacaq. 

24 yaşlı futbolçu 2019-cu ildə “Borussiya”dan (Dortmund) “Çelsi”yə keçmişdi.

Xəbər xətti