Portuqaliyanın prezideni: "Komanda qələbəyə layiq idi"

10:58 - 29 Noyabr 2022

Portuqaliyanın prezidenti Marselo Rebelo de Sousa millinin DÇ-2022-də Uruqvay üzərində qazandığı qələbədən (2:0) danışıb.

Sportal.az “A Bola” nəşrinə istinadən xəbər verir ki, ölkə başçısı yığmadan gözləntiləri haqda da fikirlərini bildirib:

“Möhtəşəm matç alındı. Bu dəfə böyük səy və fədakarlıqla Uruqvayı məğlub edə bildik. Bu dəfə hər şey çox yaxşı keçdi. Komanda gözəl oyun nümayiş etdirdi və qələbəyə layiq idi. Bu, ölkə üçün böyük sevincdir”.

Xatırladaq ki, Portuqaliya qrupda Qana(3:2) və Uruqvaya (2:0) qalib gələrək pley-off mərhələsinə vəsiqəni təmin edib.

Xəbər xətti