Həmyerlimizin komandası Türkiyəyə yollanacaq

Novruz Əzimovun rəhbərlik etdiyi "Dinamo-Avto" hazırlıq dövrünü Türkiyədə keçəcək.

Sportal.az xəbər verir ki, Moldova klubu qış toplanışı üçün Türkiyəyə yollanacaq.

Əzimovun komandası bir neçə yoxlama görüşündə qüvvəsini sınayacaq.

Həmyerlimizin rəhbərlik etdiyi komanda Moldova çempionatında 14 turdan sonra sonuncudur. Tiraspol klubunun xalı yoxdur. 

Tarix: 29 Noyabr [12:34]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
1  Fevral 2017
© 2012 - 2023 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected]l.ru | site by Five studio