Qadın voleybolçulardan ibarət "Azərreyl" klubu bu gün Çağırış Kubokunda mübarizəyə başlayıb.
Sportal.az xəbər verir ki, Azərbaycan klubu 1/32 final mərhələsinin ilk oyununda Slovakiya təmsilçisi "Slaviya" ilə üz-üzə gəlib. Qarşılaşma "Azərreyl"in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Tərəflər arasındakı cavab görüşü noyabrın 30-da eyni arenada gerçəkləşəcək.
“Azərreyl” - “Slaviya” 3-1 (25:20, 25:19, 19:25, 25:20)