Albaniya Futbol Federasiyası millinin çalışdırıcısı Eduardo Reya ilə yollarını ayıracaq.
Sportal.az "Gazeta10.com"a istinadən xəbər verir ki, yerli federasiya 77 yaşlı məşqçi ilə müqavilə müddətini uzatmayacaq.
Onu əvəzləyəcək namizədlər arasında Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin də adı var. Albaniyalılar Esteban Kambiyasso və Dino Baccio variantını da gözdən keçirir.
Canni De Byazi 2011-2017-ci illərdə Albaniya yığmasını çalışdırıb.
66 yaşlı mütəxəssisin müqavilə müddəti 2023-cü ilin noyabrına qədərdir.