"Qəbələ"nin braziliyalısı "Səbail"ə qarşı oynamayacaq

19:59 - 1 Dekabr 2022

“Qəbələ”nin iki futbolçusu hazırlıq prosesində iştirak etmir.

 

Sportal.az xəbər verir ki, braziliyalı hücumçu Rafael Utziq bərpa prosesini davam etdirir. Rüfət Əhmədov isə əməliyyat sonrası reabilitasiya dövrü keçir.

 

Qeyd edək ki, “Qəbələ” Premyer Liqanın XVI turu çərçivəsində dekabrın 3-də “Səbail”lə qarşılaşacaq.

Xəbər xətti