"Bavariya"nın forvardı Tomas Müller Almaniya millisindəki karyerasını başa vurub.
Sportal.az xəbər verir ki, 33 yaşlı futbolçu bu barədə özü məlumat verib. O, Qətərdə keçirilən dünya çempionatının üçüncü turunun Kosta-Rika ilə (4:2) oyunundan sonra milli karyerasına son verib.
2010-cu ilin martından yığmada oynamış Müller 121 matçda 44 qola imza atmışdı.
Xatırladaq ki, Almaniya millisi qrupda qalaraq növbəti mərhələyə çıxa bilməyib.