"İspaniyanın Yaponiya ilə görüşündə belə nəticə qeydə alınacağını gözləmirdik"

15:52 - 2 Dekabr 2022

Almaniya millisinin yarımmüdafiəçisi Kay Havertz komandasının 2022-ci il dünya çempionatında qrup mərhələsində qalması ilə bağlı danışıb.

Sportal.az xəbər verir ki, Almaniya Futbol Federasiyasının mətbuat xidmətinə danışan forvard uğursuzluğu belə şərh edib:

"İspaniyanın Yaponiya ilə görüşündə bu cür nəticə qeydə alınacağını gözləmirdik. Ancaq yalnız özümüzü günahlandıra bilərik. Həm Yaponiyanı, həm də İspaniyanı məğlub etmək üçün kifayət qədər imkanlarımız var idi. Kosta-Rika bizə pley-offa çıxmaq şansı verdi. Lakin biz bundan istifadə edə bilmədik. Nə yaxşı ki, oyunu dəyişdik, amma bu cür məharətlə komandamız Yaponiyaya uduzmamalıydı. Biz evə layiqli şəkildə yollanırıq".

Xəbər xətti