Bundesliqa klubu alman məşqçiyə tapşırıldı

20:32 - 5 Dekabr 2022

Almaniyanın "Ştutqart" klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Bundesliqa təmsilçisini Bruno Labbadiya çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

56 yaşlı almaniyalı mütəxəssislə 2025-ci ilin yayına kimi nəzərdə turulan müqavilə imzalanıb.

 

Qeyd edək ki, Bruno Labbadiya 2010-2013-cü illərdə "Ştutqart"ın baş məşqçisi postunu icra edib.

Xəbər xətti