Azərbaycanlı idmançılar Səudiyyə Ərəbistanına yollandı

13:39 - 6 Dekabr 2022

Azərbaycan taekvondoçusu Cavad Ağayev dekabrın 8-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda start götürəcək qran-pridə çıxış edəcək.

Sportal.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, 68 kq çəki dərəcəsində mübarizə aparan idmançı ilin yekun yarışında baş məşqçi Reza Mehmandostun rəhbərliyi altında iştirak edəcək.

Dünya reytinqində 173,94 xalla 10-cu olan Avropa çempionatının mükafatçısı dayanq üzərinə dekabrın 9-da çıxacaq.

Parataekvondo üzrə komanda isə baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında Ər-Riyada yollanacaq. Dekabrın 8-nə təsadüf edəcək qran-prinin final mərhələsində ili uğurlu keçirən Sabir Zeynalov (58 kq, K-44), İmaməddin Xəlilov (70 kq, K-44) və Əbülfəz Abuzərli (80 kq, K-44) gücünü yoxlayacaq.

Səfərə bu gün yola düşəcək Azərbaycan millisi dekabrın 11-də Bakıya qayıdacaq.

Qran-prinin final mərhələsində il ərzində analoji yarışda nəticə verən 140 idmançı mübarizə aparacaq. Yarışın qalibi reytinqinə 100 xal əlavə edəcək.

Xəbər xətti