"Mən 17 yaşında belə edə bilməzdim"

14:35 - 6 Dekabr 2022

İspaniya millisinin müdafiəçisi Sezar Aspilikueta 2021-ci ilin oktyabrında UEFA Millətlər Liqasının yarımfinalında İtaliyaya qarşı keçirilmiş matçı (2:1) xatırladıb.

Sportal.az "The Guardian"a istinadən xəbər verir ki, təcrübəli futbolçu həmin vaxt 17 yaşında millidə debüt edən Qavi haqda danışıb:

"Bu, yeni nəsildir. Bəzən kömək etmək istəyirsən, amma indiki uşaqlarda elə inam var ki! Götürək, Qavinin debütünü. Məndən oyunun gedişində onu sakitləşdirmək tələb olunurdu. "Onu sakitləşdir" nə deməkdir? Adətən onları hərəkətə gətirmək lazımdır. Xeyr, buna ehtiyac da olmadı. Debüt matçında Qavi insanları "təpikləyirdi". Mən 17 yaşında belə edə bilməzdim".

18 yaşlı Qavi bu günə qədər millinin heyətində 16 oyun keçirib və üç qol vurub.

Xəbər xətti