Eto blogeri təpiklə vurdu - VİDEO

17:32 - 6 Dekabr 2022

Kamerunlu əfsanəvi futbolçu Samuel Eto DÇ-2022-nin keçirildiyi Qətərdə etdiyi hərəkətlə gündəmə gəlib.

 

Sportal.az xəbər verir ki, hazırda Kamerun Futbol Federasiyasının prezidenti olan veteran hücumçu jurnalisti təpiklə vurub.

 

Hadisə dünən 1/8 final mərhələsi çərçivəsində baş tutan Braziliya - Cənubi Koreya matçında əvvəl baş verib. Əlcəzairli blogerin DÇ-2022-nin seçmə mərhələsinin Əlcəzairlə görüşünün hakimi Bakari Qassama haqda verdiyi sual Etonu əsəbiləşdirib. Əsəblərinə hakim olmayan federasiya prezidenti blogeri vurmaqdan çəkinməyib. 

 

Qeyd edək ki, Kamerun DÇ-2022-nin seçmə mərhələsinin pley-offunun ilk matçında evdə Əlcəzairə 0:1 hesabı ilə məğlub olmuşdu. Cavab oyununun 120+4-cü dəqiqəsində Toko Ekambinin qolu ilə 2:1 hesablı qələbə qazanan Kamerun mundiala vəsiqə qazanmışdı.

 

Video linkdə - https://t.me/sportalaz/8144

Xəbər xətti