Azərbaycan millisinin basketbolçusu NBA məktəbinə qəbul olundu

21:59 - 6 Dekabr 2022

Azərbaycan millisinin üzvü Hüseyn Qaflanov Azərbaycan Basketbol Federasiyasının dəstəyi ilə Litvanın Vilnüs şəhərində yerləşən NBA basketbol məktəbinə qəbul olunub.

Sportal.az xəbər verir ki, Hüseyn 2024 -cü ilin yayına qədər bu məktəbdə xarici mütəxəssislər tərəfindən NBA -in müasir tələblərinə uyğun məşqlərdə iştirak edəcək və basketbol biliklərini daha da təkmilləşdirərək gələcəkdə NBA seçmələrinə haqq qazanmağa çalışacaq.

Azərbaycan Basketbol Federasiyası gələcəkdə Hüseyn Qaflanov -un NBA-də iştirak etməsi və yığma komandalar arasında ölkəmizi ən yüksək səviyyədə təmsil etməsi üçün həmişə öz diqqət və qayğısını davam etdirir.

Xəbər xətti