"Qarabağ" – "Qəbələ" matçının biletləri satışda

12:08 - 7 Dekabr 2022

Futbol üzrə Azərbaycan kubokunun 1/4 final mərhələsində keçiriləcək “Qarabağ” – “Qəbələ” qarşılaşmasının biletləri satışa çıxarılıb.

 

Sportal.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.

 

Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir.

 

Biletləri bu gün iticket.az-dan ala bilərsiniz. Oyun günü isə biletləri həm @iticket.az, həm də “Azersun Arena”nın kassasından almaq mümkündür.

 

Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.

 

Sabah keçiriləcək “Qarabağ” – “Qəbələ” matçına saat 20:30-da start veriləcək.

Xəbər xətti