Dünya çempionatında mübarizəni dayandıran İspaniya milli komandasının baş məşqçisi Luis Enrike postunu tərk edə bilər.
Sportal.az xəbər verir ki, 52 yaşlı mütəxəssis yığmadan ayrılacağı təqdirdə onu kimin əvəz edəcəyi bəllidir. İspaniya Futbol Federasiyası bu posta Belçika millisindən ayrılan Roberto Martinesi gətirmək istəyir.
Qeyd edək ki, İspaniya millisi DÇ-2022-nin 1/8 final mərhələsində Mərakeşə penaltilər seriyasında məğlub olaraq (0:3) mundialda mübarizəni dayandırıb.
saytlarin hazirlanmasi