PSJ prezidentindən Ronaldo və Bellingem açıqlaması

13:54 - 7 Dekabr 2022

PSJ-nin prezidenti Nasser Əl-Xelaifi "Borussiya"nın yarımmüdafiəçisi Cud Bellingem və "Mançester Yunayted"dən ayrılan Kriştiano Ronaldo haqda danşıb.

 

Sportal.az xəbər verir ki, Paris təmsilçisinin rəhbəri ingiltərəli futbolçunu transfer etmək istədiklərini deyib. Əl-Xelaifi Ronaldonun isə gündəmlərində olmadığını bildirib:

 

"İngiltərə Bellingemə sahib olduğu üçün həqiqətən də çox şanslıdır. Necə bir futbolçu olduğunu bilirik. Hazırda dünya çempionatının ən yaxşılarındandır. Belə çətin turnirdə bu qədər rahat və özündən əmin şəkildə oynayır. Onu hamı transfer etmək istəyər. Bunu gizlətmirəm. Amma klubuna hörmət edirəm. Transfer üçün klubu ilə danışmaq lazımdır.

 

Ronaldoya gəlincə, heyətimizdə Messi, Neymar və Mbappe kimi üç mükəmməl oyunçu var. Kriştiano transferi çətin görünür. Ona karyerasında uğurlar arzulayıram".

Xəbər xətti