"Latsio" "Real"ın hücumçusu Mariano Diazla maraqlanır.
Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, "kral klubu" 29 yaşlı futbolçunun müqaviləsinin müddətini uzatmaq istəmir. Diazın İspaniya nəhəngi ilə müqaviləsi 2023-cü ilin yayına qədərdir.
"Qartallar" qışda hücumçunu müəyyən məbləğ qarşısında transfer etmək istəyir.
Madrid təmsilçisinin “Latsio”nun təklifinə müsbət cavab verəcəyi gözlənilir.
Dominikan Respublikasının milli komandasının forvardı 2012-ci ildən “Real”ın düşərgəsindədir. O, 2017-2018-ci illərdə “Lion”da çıxış edib. Sonradan isə Madrid klubuna geri dönüb.