"Real"ı "Yuventus"a dəyişə bilər

17:53 - 7 Dekabr 2022

"Real"ın yarımmüdafiəçisi Toni Kroos "Yuventus"a keçə bilər.

Sportal.az "El Nacional"a istinadən xəbər verir ki, 32 yaşlı futbolçu "kral klubu" ilə yeni müqavilə imzalamadığına görə, digər klublar ona maraq göstərməyə başlayıb.

Turin təmsilçisi 2023-cü ilin iyun ayında “Real”la müqaviləsi başa çatacaq almaniyalını heyətinə qatacaq.

​O, karyerası ərzində “Bavariya”, “Bayer”(Leverkuzen” klublarında oynadıqdan sonra 2014-cü ildə “Real”a keçmişdi. 

Xəbər xətti