"Ümid edirəm ki, finalda Argentina ilə qarşılaşası olsaq, Messi meydana çıxmaz"

18:35 - 7 Dekabr 2022

Portuqaliya millisinin yarımmüdafiəçisi Bernardo Silva Argentina millisinin hücumçusu Lionel Messinin DÇ-2022-dəki çıxışından danışıb.

Sportal.az "Ole"yə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu bu iki komandanın finala çıxacağı təqdirdə, Messinin oynamasını istəmədiyini deyib:

"Messi elə Messidir... Hər kəs onun nəyə qadir olduğunu yaxşı bilir. Ümid edirəm ki, finalda Argentina ilə qarşılaşası olsaq, Messi meydana çıxmaz. Ya da, çox pis oynasın (gülür)".

Xatırladaq ki, Portuqaliya 1/4 finalda Mərakeşlə qarşılaşacaq. Argentinanın rəqibi isə Niderlanddır. 

Xəbər xətti