Dünya çempionatında uğursuz nəticə göstərən Almaniya milli komandasında baş məşqçi Hansi-Diter Flikin gələcəyi haqda qərar verilib.
Sportal.az xəbər verir ki, Almaniya Futbol Federasiyası 57 yaşlı mütəxəssislə yola davam etmək qərarı qəbul edib. Bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.
Hansi-Diter Flikin qarşısına Avro-2024-də çempion olmaq hədəfi qoyulub.
Qeyd edək ki, Almaniya milli komandası DÇ-2022-nin E qrupunu 4 xalla 3-cü pillədə başa vurub və mundialla vidalaşıb.
saytlarin hazirlanmasi