"Fransa millisi keyfiyyətli oyunçulara malikdir"

10:55 - 8 Dekabr 2022

"Arsenal" və İngiltərə millisinin üzvü Bukayo Saka DÇ-2022-nin 1/4 finalında Fransaya qarşı keçiriləcək görüşdən Britaniya mətbuatına danışıb. 

Sportal.az xəbər verir ki, "Mirror"a açıqlama verən gənc futbolçu fransızların güclü oyunçulara malik olduğunu bildirib: 

"Uilyam Salibanı bəyənirəm! Onların heyətində böyük oyunçular çoxdur. Usman Dembeleni də bəyənirəm, çox yaxşı futbolçudur. Fransa millisi keyfiyyətli oyunçulara malikdir. Ona görə də onların hər birinə qarşı hazır olmalıyıq".

Xatırladaq ki, İngiltərə -  Fransa görüşü dekabrın 10-da Bakı vaxtı ilə 23:00-da keçiriləcək.

 

Xəbər xətti