İsveçrə klubu millimizin forvardına yeni müqavilə təklif edəcək

11:18 - 8 Dekabr 2022

Azərbaycan milli komandasının forvardı Renat Dadaşovun karyerasını "Qrasshopper"də davam etdirmək ehtimalı yüksəkdir.

Sportal.az saytına verilən məlumata görə, İsveçrə təmsilçisi 23 yaşlı hücumçuya yeni müqavilə təklif edəcək.

Onun Sürix təmsilçisi ilə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.

"Qrasshopper" onunla uzunmüddətli müqavilə imzalamaq istəyir. O, komandasının heyətində bu mövsüm 15 oyuna çıxıb və 4 qol vurub, 1 assist edib.

Millimizin hücumçusu yayda "Vulverhempton"dan "Qrasshopper"ə keçmişdi. Dadaşovun xidmətində "Antalyaspor" daxil olmaqla, bir neçə klub maraqlıdır.

Xəbər xətti