Avropa çempionatı: Azərbaycan millisinin rəqibləri bilindi

14:53 - 8 Dekabr 2022

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri məlum olub.

Sportal.az xəbər verir ki, Azərbaycan yığması 4-cü qrupda Serbiya, Sloveniya və Lüksemburqla mübarizə aparacaq.

Oyunlar 21, 24, 27 oktyabr tarixlərində Serbiyada keçiriləcək.

​17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsi 2024-cü ildə Kiprdə təşkil olunacaq.

Xəbər xətti