Azərbaycan millisində oynamış futbolçu bu klubda işləyəcək

15:11 - 8 Dekabr 2022

Azərbaycan millisinin veteran futbolçusu Emin Nuri özünə yeni iş yeri tapıb.

Sportal.az xəbər verir ki, milli komandamızda 1 oyun keçirmiş Emin məşqçi kimi fəaliyyətə başladığı “Oskarshamn”dan ayrılıb.

O, futbolçu vaxtı uzun illər oynadığı “Kalmar”la anlaşıb.

Belə ki, millimizdə oynamış Emin “Kalmar”ın U-19 komandasında köməkçi məşqçi kimi çalışacaq.

Mirbağırağa

Xəbər xətti