"Beşiktaş" "Fənərbaxça"nın futbolçusunu transfer edəcək

16:16 - 8 Dekabr 2022

Türkiyənin "Beşiktaş" klubu əzəli rəqibinin futbolçusunu transfer etmək istəyir.

 

Sportal.az xəbər verir ki, "qara qartallar" mövsümün sonunda "Fənərbaxça"dan Mixa Zaytsı heyətinə qatmağı planlaşdırır.

 

Slovenyiyalı yarımmüdafiəçinin "sarı-lacivərtlilər"lə müqaviləsi mövsümün sonunda bitir. İstanbul təmsilçisi 28 yaşlı futbolçuya yeni sözləşmə təklif etməyib. Məhz bunu düşünən "Beşiktaş" təcrübəli yarımmüdafiəçini 2023-cü ilin yayında pulsuz transfer etmək istəyir.

 

Qeyd edək ki, Mixa Zayts "Fənərbaxça"ya 2019-cu ilin yanvar ayında "Empoli"dən transfer olunub. Sloveniya millisinin üzvü cari mövsümdə "kanarya"nın heyətində meydana çıxdığı 12 matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti