"Real" 16 yaşlı hücumçunun transferini 72 milyon avroya bitirdi

18:30 - 8 Dekabr 2022

Braziliyalı istedad Endrikin karyerasını harada davam etdirəcəyi bəlli olub.

 

Sportal.az xəbər verir ki, 16 yaşlı hücumçunu "Real" transfer edib. Bu barədə ESPN məlumat yayıb. "Real" gənc forvard üçün onun klubu "Palmeyras"a 72 milyon avro ödəyəcək.

 

Endrik "Real"a 18 yaş tamam olduqdan sonra, yəni 2024-cü ildə qatılacaq.

 

Qeyd edək ki, Endrik "Palmeyras"ın yetirməsidir. O, bu ilin yayından əsas komandada çıxış edir və meydana çıxdığı 14 matçda 9 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti