"Araz-Naxçıvan" ilin son oyununda qalib gəldi

21:20 - 8 Dekabr 2022

Bu gün futzal Yüksək Liqada ikinci dövrənin sonuncu, ümumilikdə isə X turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, turun ilk oyunu kifayət qədər maraqlı alınıb. “Neftçi” ardıcıl 2 qol vursa da, nominal meydan sahibləri geridönüş etməklə fasiləyə hesabda üstün yollanıb. İkinci hissədə də ilk qolu “Neftçi” vurub və tablodakı rəqəmləri eyniləşdirib. Ardınca isə İlkin Hacıyev yenidən komandasını önə keçirib. Bu qol həm də oyunun nəticəsini müəyyənləşdirib. Beləliklə “Neftçi” qış fasiləsinə qələbə ilə yollanıb.

 

X tur çərçivəsində keçirilməli olan Alyans – Baku Fair matçı baş tutmayıb. Buna səbəb Lənkəran təmsilçisinin təyin olunan matçda meydana çıxmamasıdır. Oyunun yekun nəticəsi ilə bağlı AFFA İntizam Komitəsi qərar verəcək.

 

Turun və ilin son duelində “Araz-Naxçıvan” qələbə qazanıb. Yüksək Liqada 2022-ci ilin son qolunu isə Xəzər Ağalızadə vurub.

 

Record club – Neftçi İK  (3:2) 3:4

8 dekabr. Olimpik Star. Saat 14:00

Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, Nahid Xasıyev

Hakim-inspektor: Azad Hüseynov

Qollar: Seyidreza Hosseini Hotkani, 12:47, Matin Qahramani, 13:59, Mojtaba Vali, 17:22 // Rüstəm Bağırov, 5:49, Hasan Ali Jafari, 7:27, Asif Zeynalov, 25:15, İlkin Hacıyev, 34:31

Sarı vərəqələr: Seyidreza Hosseini Hotkani, 11:38, Mojtaba Vali, 29:01, Mehdi Karimi, 38:04 // Rüfət Balakişiyev, 12:35, Asif Zeynalov,  11:15, Hasan Ali Jafari, 21:30

 

Record club

2. Emil İsrəfilov (q), 27. Matin Qahramani (k), 4. Rəsul İbrahimov, 7. Mojtaba Vali, 9. Seyidreza Hosseini Hotkani, 23. Mehdi Karimi (q), 3. Onur Əlizadə, 5. Emin Məhərrəmli, 6. Çinedu Stephen Auam-Agu, 10. Mahyar Pourniazi, 11. Elmir Xəlilov

Baş məşqçi: Ali Tajik

 

Neftçi İK

12. Anar Məmmədov (q), 8. Ülvi Əliyev, 9. Nurlan Mehdizadə, 10. Rüfət Balakişiyev (k), 11. Hasan Ali Jafari, 16. Zaur Sultanov (q), 3. Kənan Manafov, 4. Məhəmməd Abbasov, 6. Mirzə Əmirov, 7. İlkin Hacıyev, 17. Asif Zeynalov, 94. Rüstəm Bağırov

Baş məşqçi: Hacıbala Abdullazadə

 

Alyans (Lənkəran) – Baku Fire (oyun keçirilməyib)

8 dekabr. Olimpik Star. Saat 16:00

Hakimlər: Hacıəli Ağayev, Nail Nağıyev, Xəlil Xəlilov

Hakim-inspektor: Murad Məmmədov

 

Baku Fire

1. Məlik Mirzəyev (q), 5. Nurlan Məmmədov, 11. İmaməli Hüseynov, 18. Elşən Əliyev, 22. Ağa Takliq Ali, 1. Elnur Zamanov (q), 12. Kamran Hacıyev (q), 4. Elvin Quliyev (k), 3. Oruc Baxşəlizadə, 7. Faiq Əliyev, 8. Sahand Rezapour, 10. Nihad İsmayılov, 19. Tofiq Əliyev, 21. Soruş Heydari

Baş məşqçi: Teymur Eyvazov

 

Araz-Naxçıvan – U-19 (4:0) 6:2

8 dekabr. Olimpik Star. Saat 18:00

Hakimlər: Əli Cəbrayılov, Elgün Hüseynov, Anar Fərəcov

Hakim-inspektor: Əfqan Həmzəyev

Qollar: Viktor Ponce, 1:35, Ramiz Çovdarov, 2:19, Fərid Ələkbərov, 18:29, Xəzər Ağalızadə, 19:23, 37:35, 39:56 // İlham Alıyev, 22:23,  Rüfət Məmmədli, 33:41

Sarı vərəqələr: Qüdrət Qasımzadə, 11:23

 

Araz-Naxçıvan

21. Azər Fərmanov (q), 7. Ramiz Çovdarov, 8. Felipinyo, 10. Viktor Ponce, 18. Fərid Ələkbərov (k), 1. Cavad Məmmədov (q), 9. Oktay Rüstəmli, 14. Xəzər Ağalızadə

Baş məşqçi: Joze Alesio Da Silva

 

U-19

12. Sadiq Əlizadə (q), 6. Rüfət Məmmədli, 9. Elşən Mahmudov, 10. Fərid Abbasov (k), 14. Kənan Rövşani, 1. Rəvan Hüseynov (q), 2. Sunay Həsənov, 3. Qüdrət Qasımzadə, 4. Taryel Xasıyev, 5. Nihad Cəfərli, 7. İlham Alıyev, 8. Nüsrət Fərzəli, 11. Əhməd İsmayılov, 13. Şahbaz Həndəmli

Baş məşqçi: Ağatahir Əzimov

Xəbər xətti