Milli üzvü 4 illik futboldan uzaqlaşdırıldı

15:50 - 16 Dekabr 2022

Almaniyanın “Hamburq” klubunda çıxış edən xorvatiyalı futbolçu Mario Vuşkoviç ağır cəzaya məruz qalıb.

 

Sportal.az xəbər verir ki, FİFA 21 yaşlı mərkəz müdafiəçisini 4 il müddətinə diskvalifikasiya edib. Buna səbəb futbolçunun dopinqdən istifadə etməsidir. 

 

Xorvatiya U-21 millisinin üzvü qərarla bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) şikayt edəcəyini bildirib.

 

Mario Vuşkoviç "Hamburq"a bu 2021-ci ilin yayında "Hayduk"dan transfer olunub. Gənc oyunçu cari mövsümdə II Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 18 matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti