Xərçəng xəstəliyi aşkarlandığına görə komandadan ayrı qalan "Borussiya"nın hücumçusu Sebastien Hallerdən xəbər var.
Sportal.az xəbər verir ki, 28 yaşlı forvard komandaya qoşulmağa hazırlaşır. "Bild" nəşrinin yazdığına görə, Fİl Dişi Sahili millisinin üzvü yanvar ayında Dortmund təmsilçisinin təlim-məşq toplanışına qoşulacaq.
Qeyd edək ki, "Borussiya" Sebastien Halleri mövsümün əvvəlində "Ayaks"dan transfer edib. Təcrübəli futbolçu Almaniya klubunun heyətində rəsmi matçda meydana çıxmayıb.
saytlarin hazirlanmasi