Xərçəngə qalib gələn hücumçu məşqlərə başladı

17:39 - 3 Yanvar 2023

Mövsümün əvvəlində xərçəng xəstəliyi aşkarlanan və müalicə olunan "Borussiya"nın futbolçusu Sebastien Haller məşqlərə başlayıb.

 

Sportal.az xəbər verir ki, xərçəngə qalib gələn 28 yaşlı forvard Dortmund təmsilçisinin bazasında fərdi məşqlərə start verib. Fil Dişi Sahili milliinin üzvü tezliklə kollektivlə birlikdə hazırlıq prosesində iştirak etmək istədiyini bildirib.

 

Sebastien Haller müalicə prosesi zamanı iki dəfə əməliyyat olunub.

 

Qeyd edək ki, "Borussiya" təcrübəli futbolçunu mövsümün əvvəlində "Ayaks"dan transfer edib. Haller Almaniya klubunun heyətində rəsmi matçlarda meydana çıxmayıb.

Xəbər xətti