"Borussiya" Mukokonu razı sala bildi

15:59 - 21 Yanvar 2023

"Borussiya" mövsümün sonunda klubla müqaviləsi başa çatan Yussufa Mukoko ilə razılıq əldə edib.

 

Sportal.az xəbər verir ki, Dortmund təmsilçisi Avropa nəhənglərinin hədəfində olan 18 yaşlı hücumçu ilə yeni sözləşmə imzalayacaq. Tərəflər yaxın günlərdə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayacaq.

 

Qeyd edək ki, Yussufa Mukoko "Borussiya"nın yetirməsidir. Gənc forvard cari mövsümdə meydana çıxdığı 22 rəsmi matçda 6 qol və 6 məhsuldar ötürmə ilı yadda qalıb.

Xəbər xətti