Millimiz dünya reytinqində mövqeyini qorudu

14:54 - 2 Fevral 2023

Futzal üzrə mlli komandaların dünya üzrə yeni reytinq cədvəli açıqlanıb.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisi ötən ilin dekabr ayındakı mövqeyini qorumağı bacarıb. Aktivində 1384 xal olan Alesio Da Silvanın kollektivi bu dəfə də 14-cü pillədə qərarlaşıb.

 

Siyahıya Braziliya seçməsi başçılıq edir. Cənubi Amerika təmsilçisi 1794 xala malikdir. İspaniya (1771) ikinci, Portuqaliya (1751) isə üçüncüdür.

Xəbər xətti