Braziliyalı "Qalatasaray"ın təklifindən imtina etdi

19:30 - 7 Fevral 2023

Braziliya millisinin sabiq üzvü Filip Koutinyo "Qalatasaray"dan təklif alıb.

Sportal.az "TEAMtalk"a istinadən xəbər verir ki, “Aston Villa”nın yarımmüdafiəçisi İstanbul təmsilçisinin dəvətini geri çevirib. 

Türkiyə nəhəngi Koutinyonu yaya qədər icarəyə götürmək istəyib. 

Ancaq 30 yaşlı braziliyalı İngiltərə klubunda qalmağa üstünlük verib. 

Xəbər xətti