"Real"ın əfsanəsi komandaya baş məşqçi təyin edilə bilər

17:54 - 8 Fevral 2023

"Real"ın əfsanəvi futbolçusu Raul Qonzales komandaya baş məşqçi təyin oluna bilər.

Sportal.az "Defensa Central"a istinadən xəbər verir ki, bu, Karlo Ançelottinin bu mövsüm "kral klubu"na heç bir titul qazandıra bilməməsindən sonra baş tutacaq. 

Madrid klubu bu mövsüm Çempionlar Liqası, İspaniya Primerosu və ya İspaniya Kubokunu qazana bilməyəcəyi təqdirdə, yüksək ehtimalla Qonzales yayda baş məşqçi postuna dəvət olunacaq. 

Xatırladaq ki, "Real" İspaniya Superkubokunu "Barselona"ya uduzub, çempionatda isə 20 turdan sonra Kataloniya təmsilçisindən 8 xal geridədir. 

Xəbər xətti