"Borussiya" Almaniya Bundesliqasının 21-ci turunda doğma meydanda "Herta" ilə qarşılaşacaq.
Sportal.az xəbər verir ki, Dortmund təmsilçisi Türkiyə və Suriyada baş vermiş zəlzələnin qurbanlarına dəstək olmaq üçün bu matça xüsusi qara forma ilə çıxacaq. Oyundan sonra isə formalar satışa çıxarılacaq və əldə olunan gəlir zəlzələ qurbanlarına bağışlanacaq.
Qeyd edək ki, "Borussiya" - "Herta" qarşılaşması sabah Bakı vaxtilə saat 20:30-da baş tutacaq.
saytlarin hazirlanmasi