"Bavariya" hücumçunun müqaviləsini uzatdı

12:16 - 4 Mart 2023

Almaniyanın "Bavariya" klubunda yeni müqavilə qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, Münhen təmsilçisi Erik Maksim Şupo-Motinqtin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 33 yaşlı forvard 2024-cü ilin yayına kimi Bundesliqa klubunu məxsus olacaq.

 

Erik Maksim Şupo-Motinq 2020-ci ilin yayından "Bavariya"da çıxış edir. Kamerunlu hücumçu cari mövsümdə komandanın heyətində meydana çıxdığı 24 rəsmi matçda 15 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti