"Bavariya"nın keçmiş baş direktoru Karl-Haynts Rummenigge Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkatması ilə bağlı gözləntilərini bölüşüb.
Sportal.az xəbər verir ki, "Bayern & Germany" portalına danışan futbol adamı hansı klublarla qarşılaşmaq istəmədiklərini bildirib:
"1/4 finalda istədiyimiz rəqib yoxdur. Yəqin ki, heç kim “Real” və ya “Mançester Siti” ilə qarşılaşmaq istəmir. Amma digər komandalar da indi olduqları yerə layiqdirlər. Mən həmişə ötən mövsümdən "Vilyarreal"ı misal çəkirəm. Diqqəti cəmləməli və istənilən rəqibə hörmətlə yanaşmalısan".