Premyer Liqa klubu legionerini göndərmək istəyir

19:40 - 17 Mart 2023

"Qəbələ" yayda bir neçə futbolçu ilə yollarını ayıra bilər.

Sportal.az saytına verilən məlumata görə, həmin futbolçulardan biri də Andrey Strijyakdır. Mövsümün sonunda bölgə klubunun ukraynalı futbolçunu yola salacağı ehtimal edilir.

Mənbənin verdiyi məlumata görə, əsas heyətə düşməkdə çətinlik çəkən ukraynalı ilə yolların ayrılacağı, onun əvəzinə başqa legionerin komandaya cəlb ediləcəyi gözlənilir.

23 yaşlı futbolçu “Arsenal”, “Vorskla”, “Çernomorets”, “Metallist”, “Olimpik”(Donetsk) klublarında oynamışdı. O, “Qəbələ”dən əvvəl Xorvatiyada “Medimurye” forması geyinib.

 

Xəbər xətti