"Əminəm ki, "Barselona" rəhbərliyi hakimlərə rüşvət verməyib"

11:09 - 23 Mart 2023

İspaniya millisinin və "Barselona"nın sabiq yarımmüdafiəçisi Andres İnyesta Kataloniya klubunun hakimlərə rüşvət verməkdə ittiham olunmasına münasibət bildirib.

Sportal.az xəbər verir ki, “RAC1”ə danışan İnyesta yayılan xəbərlərə inanmadığını deyib:

"İndi araşdırma gedir, nəticəsi bəlli olacaq. Şəxsən mən əminəm ki, "Barselona" rəhbərliyi hakimlərə rüşvət verməyib. Komandada oynadığım müddətdə qəribə bir şey görmədim. Ümumiyyətlə, buna kiminsə inandığını düşünmürəm".

38 yaşlı futbolçu 2002-ci ildən 2018-ci ilə qədər "Barselona"da oynayıb. O, 2018-ci ildən "Vissel Kobe" forması geyinir. 

Xəbər xətti