Emin Mahmudov: "Avstriyanın üstün cəhətlərini bilirik"

20:59 - 23 Mart 2023

Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov Avro-2024-ün seçmə mərhələsinin Avstriya ilə matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.

Sportal.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi yaxşı nəticə qazanmaq üçün əllərindən gələni edəcəklərini deyib:

"Əlbəttə ki, oyuna hazırıq. Rəqibi təhlil etmişik. Avstriyanın üstün cəhətlərini bilirik. Biz öz oyunumuzu göstərməyə çalışacağıq. Yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik. Avstriya millisi komanda olaraq çox sıx oynayır, yaxşı pressinq edirlər. Məşqçiləri bunu tələb edir. Ranqnikin əvvəlki komandalarının matçlarıını izləmişəm. Biz hansısa oyunçunun yox, komanda olaraq onların oynamasına imkan verməməliyik. Özümüzü daha yaxşı tərəfdən göstərməliyik".

Xəbər xətti