"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen Almaniya millisinin əsas qolkiperi olması barədə danışıb.
Sportal.az xəbər verir ki, 30 yaşlı qapıçı bunun həmişə onun məqsədi olduğunu deyib:
"Məndən soruşdular, razılaşdım və indi millidə bir nömrəyəm. Artıq şərh verməyə ehtiyac yoxdur. İstənilən halda vacib olan oyunlardır. Mən həmişə bir nömrə olmaq istəmişəm və məqsədimi aydın şəkildə formalaşdırmışam. Buna nail olmaq üçün əlimdən gələni etmişəm. Davam da edəcəm".
Xatırladaq ki, Almaniya millisinin iştirak etdiyi bütün son böyük turnirlərdə əsas qapıçısı olan "Bavariya"nın üzvü Manuel Noyer idi. O, zədəli olduğu üçün mövsümün sonuna qədər oynamayacaq.
saytlarin hazirlanmasi