"Mançester Siti" əsas forvardına bu qədər məbləğ ödəmək istəyir

21:59 - 27 Mart 2023

"Mançester Siti" hücumçu Erlinq Haalandın müqaviləsini uzatmağa hazırlaşır.

Sportal.az “The Sun”a istinadən xəbər verir ki, “şəhərlilər” norveçlinin müqaviləsini 2028-ci ilə qədər uzatmağı və ona həftədə 570 min avro ödəməyi gözləyirlər.

Daha əvvəl Erlinqin "Real" və PSJ-nin transfer siyahısında olduğu bildirilirdi.

Xəbər xətti