"Qarabağ"ın legioneri məşqlərə qoşuldu

12:13 - 28 Mart 2023

"Qarabağ"ın qışda heyətinə qatdığı legionerlərdən Yassin Benzia zədəsini sağaldaraq komandanın məşqlərinə qoşulub.

Sportal.az saytına verilən məlumata görə, əlcəzairli futbolçu bir müddətdir ki, kollektivlə birlikdə məşq edir. Amma tam hazır olmadığı üçün Qurban Qurbanov martın 26-da “Qalatasaray”a qarşı keçirilən xeyriyyə matçında onun xidmətindən istifadə etmək istəməyib. Tədricən məşqlərə başlayan yarımmüdafiəçinin Premyer Liqanın 28-ci turunun "Şamaxı"ya qarşı keçiriləcək görüşündə də iştirak etməsi gözlənilmir. Benzia böyük ehtimalla, aprelin 9-da Premyer Liqanın 29-cu turunda keçiriləcək "Qarabağ" - "Kəpəz" görüşündə meydana çıxa biləcək.

Xatırladaq ki, əlcəzairli futbolçu Premyer Liqanda son dəfə 23-cü turun "Zirə" ilə (0:1) qarşılaşmanın iştirakçısı olmuşdu. 

Xəbər xətti