Saka "Arsenal"da ən çox qazanan futbolçu olacaq

16:42 - 28 Mart 2023

İngiltərənin "Arsenal" klubu aparıcı futbolçularından olan Bukayo Sakanın müqaviləsini uzadacaq.

Sportal.az xəbər verir ki, London təmsilçisi 21 yaşlı yarımmüdafiəçi ilə razılıq əldə edib. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. İngiltərə millisinin üzvü yeni sözləşmə ilə həftəlik 300 min funt-sterlinq maaş alacaq. O, komandada ən çox qazanan futbolçu olacaq.

Qeyd edək ki, Bukayo Saka "Arsenal"ın yetirməsidir. İngiltərəli vinger cari mövsümdə "topçular"ın heyətində meydana çıxdığı 38 rəsmi matçda 13 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti