"Bavariya"nın heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Münhen təmsilçisinin yarımmüdafiəçisi Leon Qoretska sıradan çıxıb. 28 yaşlı futbolçu Almaniya milli komandasının Belçika ilə keçirdiyi yoldaşlıq oyununda (2:3) zədələnərək meydanı tərk edib. Təcrübəli fiutbolçunun durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.
Qeyd edək ki, "Bavariya" Leon Qoretskanı 2018-ci ilin yayında "Şalke"dən transfer edib. O, cari mövsümdə komandanın heyətində meydana çıxdığı 29 rəsmi matçda 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi